Xəbərlər

Azərbaycan filmi Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb
20 noyabr, 2014 14:55

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin rəyinə əsasən insan əzmliliyinin hekayəsini təsirli və dünyəvi şəkildə əks etdirən ən yaxşı film kimi Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının “Mannheym-Heydelberq mükafatı”na layiq görülüb. Bu, festivalın üç əsas mükafatından biridir.

“Nabat” bədii filmi həmçinin “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin “Beynəlxalq Kinotənqidçilər Mükafatı”na və Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən “Ecumenical Jury Award"a  layiq görülüb.

Mükafatların təqdimat mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.