Türkiyənin idman naziri saqqallı futbolçuların müdafiəsinə qalxdı
19 noyabr, 2014 15:03
Nazirin fikrincə, heç kim futbolçulara necə görünməli olduqlarını əmr edə bilməz.
“Futbolçu meydana necə çıxmalı olduğunu qoy özü müəyyən etsin. Bu məsələyə heç kim qarışmamalıdır”, - deyə Kılıç bildirib.
Xatırladaq ki, Türkiyənin “Gənclərbirliyi” klubunun prezidenti futbolçularını saqqal saxladıqlarına görə 7 min avro dəyərində cərimə edəcəyini bildirmişdi.