“Müasir dünyada fəlsəfənin mənəvi funksiyası” mövzusunda təşkil edilən konfransda Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi və Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami çıxış edib.
“Misirdə fəlsəfi tədqiqatlara bir baxış” mövzusunda çıxışı zamanı A.Sami Misir universitetlərində fəlsəfə bölməsinin fəaliyyətindən, bu elmə olan böyük maraqdan, Qahirədə konfranslar və seminarlar təşkil edən Misir Fəlsəfə Assosiasiyasının işindən, ölkənin yeni fəlsəfi fikirlərin, maarifçilik ideyalarının formalaşdığı və yayıldığı bir məkan olmasından bəhs edib.
Məruzələr fəlsəfə və mənəviyyat, əxlaq və insan təbiəti, fəlsəfi prinsiplər gələcəyin oriyentirləri kimi, multikulturalizm və dialoq fəlsəfəsi konteksində tolerantlıq, fəlsəfənin birləşdirici və nizamlayıcı funksiyaları mövzularını əhatə edib.