ABŞ-ın Azərbaycandakı sabiq səfirindən yeni xəbər
19 noyabr, 2014 14:47
Mərkəzinin bununla bağlı məlumatında qeyd edilib ki, Morninqstar qlobal enerji məsələlərinə dair dərin anlaşmaya malikdir.
Atlantik Şura etibarlı və davamlı enerji problemləri üzərində işləyəcək. Hökumət, sənaye və vətəndaş cəmiyyətindəki tərəfdaşlarla birgə geosiyasi münaqişələrə yeni yanaşmaların inkişaf etdirilməsi, enerji strategiyası və siyasətinin inkişafı meylləri üzərində işləyəcək.
Qeyd edək ki, Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində öz səlahiyyətlərini bu ilin iyul ayında başa vurub.
ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi.