Tütün məmulatlarının istehsalı 2 dəfə artıb
19 noyabr, 2014 14:41
Dövlət Statisktika Komitəsinə verdiyi xəbərə görə, beləliklə də ötən ilin eyni dövrü ilə müqayisədə istehsal müvafiq olaraq 52 faiz və 2,4 dəfə artıb.
Statistikaya əsasən bu müddətdə qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 2270,9 milyon manat həcmində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 1,9 faiz, içki istehsalında 10 faiz, tütün məmulatlarının istehsalında isə 2 dəfə artım müşahidə olunub.