Xəbərlər

Yardımlıda nümunəvi kənd bələdiyyələri var
18 noyabr, 2014 11:37

 Yardımlı rayon Urakənən kəndinin bələdiyyə sədri Məlikməmməd Əliyev yerli əhali və jurnalistlərə görüşündə bu sözləri səsləndirib. 

“İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə bələdiyyə seçkilərinə hazırlıq və bu sahədə görülən işlərlə bağlı məlumat verilib. M.Əliyev bildirib ki, bu kəndin bələdiyyəsinin gördüyü işləri daim digər kənd bələdiyyələrinə nümunə olub: 

“Bizim bələdiyyə 3 kəndi əhatə edən bələdiyyədir. Gördüyümüz işlər hər zaman digər kəndlərə nümunə olub. Bu il kəndə yeni körpü çəkildi və bəzi yollar yenidən təmir olunub. Elə yollarımız vardı ki, ordan heç traktor belə keçə bilmirdi. Bu işlərin görülməsində bələdiyyə ilə yanaşı, icra hakimiyyətinin böyük dəstəyi olub. Bütün görülən işlərdə icra hakimiyyəti tərəfindən hər zaman bizə dəstək olur”. 

Görüşdə həmçinin bələdiyyələrin maliyyə imkanlarından da söz açılıb. Bələdiyyə sədri etiraf edib ki, yerli icra orqanlarının dəstəyi və büdcədən ayrılan subsidiyalar hesabına hansısa iş görə bilirlər: “Bələdiyyələrə daha çox vəsait ayrılsaydı, biz də daha keyfiyyətli işlər görə bilərdik. Bir neçə dəfə böyük şirkətlərə bununla bağlı müraciət etsək də, hələlik istədiyimiz nəticəni əldə edə bilməmişik”. `

Görüşdə həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq, seçkinin əhəmiyyəti, seçicilərin hüquqları və s. barədə müzakirələr aparılıb. 

Qeyd edək ki, bu görüş QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində baş tutub. Layihənin əsas mahiyyəti ölkə üçün böyük önəm daşıyan bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını artırılmasına yardım etməkdən ibarətdir.

Layihə boyunca bundan əvvəl Gədəbəy, Tovuz rayonlarında görüşlər təşkil olunub. Həmçinin, “Səsiniz həlledicidir” başlığı ilə buklet nəşr olunub, bölgələrdə insanlara paylanılıb. Bundan əlavə, mövzuya dair silsilə yazılar hazırlanaraq yerli media orqanlarında dərc etdirilib. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.