Bakıda “Sevgi ilə Gürcüstandan” adlı sərgi açılacaq
18 noyabr, 2014 11:35
Azərbaycan Milli İncəsənət Muzeyində açılacaq bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir.
İki həftə davam edəcək sərgidə 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsəri nümayiş olunacaq.