Rusiya diplomatları qovdu
18 noyabr, 2014 11:33
Buna səbəb qeyd edilən ölkələrin rusiyalı diplomatlara qarşı adekvat addım atmalarıdır.
Rusiyanın Xarici İşlər Nazirliyi təsdiqləyib ki, öz diplomatlarının ölkədən çıxarılmasına cavab olaraq bu addımı atıb:
“Polşa diplomatları statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olublar. Bundan əlavə, Polşa bir müddət əvvəl Rusiyanın bir neçə diplomatını ölkəsindən qovub”, - məlumatda qeyd edilib.
Almaniyanın Rusiyadakı səfirliyinin də cavab tədbiri kimi bir əməkdaşı ölkədən çıxarılıb.