Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcə layihəsi barədə media nümayəndələrinə açıqlama verən Fondun sədri Elman Mehdiyev deyib.
“Növbəti il üzrə fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb”.
Qeyd olunub ki, layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3 milyard 56 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini və ya 1 milyard 950 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. DSMF-nin ümumi daxilolmalarında dövlət büdcəsindən ayrılan transfertin məbləğinin xüsusi çəkisi isə 36%-ə enəcək.
Qeyri-büdcə üzrə gəlirlərin artımının növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alındığını vurğulayan DSMF sədri diqqətə çatdırıb ki, bu hesaba Fondun 2015-ci il üçün büdcəsi layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımı nəzərdə tutulub.