Xəbərlər

Millət vəkili Axıska türklərinin problemlərindən danışıb
17 noyabr, 2014 12:24

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş, Türkiyənin Türk PA-dakı nümayəndə heyətinin rəhbəri Nevzat Pakdil, Türkiyənin millət vəkilləri və aydınları, Çorum Valisi və bələdiyyə başqanının, dünyanın hər tərəfindən gəlmiş Axıska türkləri cəmiyyətlərinin iştirakı ilə Çorumda Hitit Universitetində keçirilən konfransda çıxış edən Q.Paşayeva Türk dünyasına səslənib.

Stalin tərəfindən 1944-cü ildə Axısxa türklərinin sürgün edilməsi, günahsız insanlarımızın yaşadığı dəhşətli faciələr, bu gün də Axıska türkləri qardaş-bacılarımızın öz evlərinə dönə bilməsindəki böyük çətinliklərdən geniş danışan Q.Paşayeva bildirib ki, bütün türk dövlətləri, toplumları, diaspor təşkilatları Axıska türklərinə daha çox dəstək göstərməlidir.

Sovet dövründə ermənilərin oyunları nəticəsində Ermənistandan tarixi türk  torpaqlarından, öz evlərindən didərgin salınan Azərbaycan türklərinin də Axıska türkləri qardaş-bacılarımız kimi böyük əziyyətlər çəkdiyini deyən millət vəkili  Ermənistanın apardığı etnik təmizləmə nəticəsində bu gün orada bir nəfər belə olsun Azərbaycan türkünün yaşamadığını deyib.

Azərbaycanın hər zaman Axıska türkləri qardaş-bacılarımıza dəstək göstərdiyini, Fərqanə hadisələri zamanı da minlərlə Axıska türkü insanımızın Azərbaycana gəldiyini və özlərini hər zaman öz evlərindəki kimi hiss etdiklərini deyən Q.Paşayeva, amma hər bir Axısxa türkünün öz yurduna, evinə - Axıskaya dönmək haqqı var və bu istiqamətdə hamımız onlara dəstəyimizi daha da gücləndirməliyik deyib.

O, çıxışında türk dünyasına səslənərək “birlik, bərabərlik zamanıdır, biz hamımız özümüzü dövlətimizin vətəndaşı olmaqla bərabər axıskalı, qarabağlı, krımlı, kərküklü, Kuzey kıbrıslı və s. kimi də hiss etməliyik. Gör nə vəziyyətdəyik ki, Axıska türkləri ilə bağlı hər zaman tədbirlərə qatıldığımı, gücümün çatdığı qədər dəstək olmaq istədiyimi bilən bir türk qardaşım mənə “mən sizin Axıska kökənli olduğunuzu indiyədək bilmirdim” deyir.

Mən də ona “xeyr, mən Axıska kökənli deyiləm, amma mən özümü azərbaycanlı olmaqla bərabər, həm də türkiyəli, axıskalı, kərküklü, bütün türk dövlət və toplumlarının da bir parçası kimi də hiss edirəm. Axıska türkləri ilə bağlı məsələlərə sadəcə Axıska türklərimi diqqət və həssaslıq göstərməlidir dedim. Hamımız bu istiqamətdə daha çox çalışmalıyıq, əks halda istədiyimiz birlik və bərabərliyi əldə edə bilmərik. Birimizin sevinci hamımızın, birimizin kədəri də hamımızın kədəri olmalıdır” - dedim.

Çorumda çıxışı zamanı Qənirə Paşayeva türk dövlət və toplumlarına səslənərək  topluma örnək olaraq aydınlarımız bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.

Bunun üçün isə ilk növbədə bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.

Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından, 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz evinə dönə bilməməsindən, Ermənistanın işğal etdiyi torpaqlarımızda camilərimizi, tarixi, mədəni abidələrimizi, qəbiristanlıqlarımızı dağıtmasından danışan Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının da dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün də çalışmalıdır:

“Qarabağ probleminin həlli, Axıska türklərinin üzləşdiyi problemlərin həlli harada doğulub, harada yaşamasından asılı olmayaraq, bütün türklərin məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq. İnşallah, gələn dəfə bu cür tədbirləri  birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və eyni zamanda Axıska türkləri qardaşlarımızın daha surətlə öz evlərinə dönə biləcəyi gözəl Axıskada keçirək”.

Q.Paşayeva çıxışının sonunda tədbirdə iştirak edən bir sıra siyasətçi, aydın və KİV təmsilçilərini rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan  həqiqətləri” filmləri kataloqunu, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar, materiallar, sənədli filmlər hədiyyə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.