Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2009-cu ildən və 1 sentyabr 2014-cü il tarixinə qədər olan dövr ərzində isə cəmi 470 959 olmaqla 358 243 daimi iş yerləri yaradılıb.
Cari ilin yanvar-sentyabr aylarında açılmış daimi iş yerlərinin 12,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 10,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,7 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.
Yeni iş yerlərinin 70,6 faizi regionların, o cümlədən 20,2 faizi Aran, 13,5 faizi Gəncə -Qazax, 2,7 faizi Naxçıvan, 7,1 faizi Lənkəran, 5,5 faizi Şəki-Zaqatala, 5,0 faizi Quba-Xaçmaz, 2,7 faizi Yuxarı Qarabağ, 9,0 faizi Abşeron, 4,2 faizi Dağlıq Şirvan, 0,7 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.
Yanvar-sentyabr ayları ərzində 82,6 faizi özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 5,8 faizi tikinti, 2,2 faizi emal sənayesi, 2,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,6 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,8 faizi təhsil, 0,5 faizi informasiya və rabitə, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.