Zığ Gəmi Təmiri Zavodunun tikintisinə 10 milyon manat ayrılıb
14 noyabr, 2014 16:01
Sənədə əsasən, Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılıb.
Sərəncamda, həmçinin bildirilir ki, Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.