Dünyanın ən zəngin terror qruplaşmaları
14 noyabr, 2014 15:53
Türkiyə NTV-sinə istinadən xəbər verir ki, “Forbes” jurnalının açıqladığı siyahıya hazırda bütün dünyanın kabusuna çevrilmiş “İraq-Şam İslam Dövləti” (İŞİD) başçılıq edir.
“Forbes” jurnalının tərtib etdiyi siyahıda ən varlı terror təşkilatları öz maliyyə imkanlarına görə bu ardıcıllıqla yerləşdiriliblər:
1. İŞİD - 2 milyard dollar
2. “Həmas” - 1 milyard dollar
3. FARC - 600 milyon dollar
4. “Hizbullah” - 500 milyon dollar
5. “Taliban” - 400 milyon dollar
6. “Əl-Qaidə - 150 milyon dollar
7. “Ləşkəre-Taiba” - 100 milyon dollar
8. “Əl-Şəbab - 70 milyon dollar
9. “İrlandiya Respublika Ordusu” - 50 milyon dollar
10. “Boko Haram” - 25 milyon dollar