Xəbərlər

Adil Əliyev: “Salam verməyənlər, salamın mənasını bilmirlər...”
13 noyabr, 2014 16:09

Yəni, insanların bir-birinə salam verməmələrini kənardan görürəm.

Gün.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Adil Əliyev qeyd edib.

“Doğrudur, bəlkə bu problemlə tək mən rastlaşıram... Salam verməyənlər qonşuluqda da var, iş yerində də var, restoranda da var, idmanda da var. Hətta, FB-da salamsız-sabahsız müraciət edənlər də var, özü də nə qədər istəyirsiniz...”, - deyə qeyd edən A.Əliyevin bildirdiyinə görə, yəqin salam verməyənlər, salamın mənasını bilmirlər.

O qeyd edib ki, salam tanışlığın yaşıl işığıdır.

“İki nəfər bir-biri ilə qarşılaşan, baxışları bir-birinə toxunan və gözləri bir-birinə sataşan zaman sədaqətin, məhəbbətin və qardaşlığın ilk əlaməti salam verməkdir...

Salam qarşı tərəfə onun sağlığını və xeyrini istəməyin barədə xatircəmlik verməkdir.

Salam verməklə qarşı tərəfə “mən sənin xeyrini istəyirəm, sənə zərər verən, kin saxlayan və düşmənin deyiləm” deyirsən.

Çünki “salam” sözünün əhatəsində bu sözlərin hamısı var. 

Həmçinin salam iki müsəlmanın qarşılaşdığı zaman bir-birinə dedikləri islami şüardır. 

Peyğəmbərimiz (s) buyurmuşdur ki, salamı kiçiklər böyüklərə, bir nəfər iki nəfərə, az saylı toplum çox saylıya, minikdə olan piyadaya, yoldan keçən dayanmış olana, ayaqüstə duran oturmuş şəxsə verməlidir...

Salam verən zaman uca səslə və aşkar bir sürətdə salam verin. Deməyin ki, salam verdim, lakin cavabımı vermədilər, mümkündür ki, salam vermisiniz, lakin onlar eşitməyiblər..

Bir də bilməliyik ki, salam vermək müstəhəb olduğu halda, cavabını vermək vacibdir...”, - deyə A.Əliyev sonda qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.