Xəbərlər

Bakıda tullantılar arasından 52 kiloqram qəpik yığılıb
13 noyabr, 2014 16:08

Həmin pullar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aid Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək zibil kütləsindən ayrılıb.

“Təmiz Şəhər” ASC-in mətbuat katibi Vüqar Babayevin verdiyi məlumata görə, şəhərin müxtəlif hissələrindən toplanmış tullantılar Balaxanıdakı çeşidləmə zavoduna gətirilir. Burada isə qarışıq tullantının tərkibindən təkrar emal üçün yararlı sayıla biləcək dəmir, şüşə, kağız, plastik hissələr seçilərək çeşidlənir və uyğun təkrar emal zavodlarına göndərilir. Bu zaman tullantıların içindən tapılan əşyalar da tullantıdan ayrılır. Bu tapıntılar arasında bəzən vacib sənədlər, silah hissələri və ya pul olur. Yığılan bu tip əşyalar aidiyyatı qurumlara təhvil verilir.

Son 5 ayda toplanmış qəpiklər təmizlənib yığılaraq Mərkəzi Banka təhvil olunacaq və qəpiklərin dəyəri qədər kağız pullarla əvəz olunacaq. “Təmiz Şəhər” ASC həmin vəsaitlə xeyriyyə məqsədilə müxtəlif hədiyyələr alaraq Bakıda yerləşən uşaq evlərindən birinə bağışlayacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.