Xəbərlər

ABŞ əsgərlərinin başına torba keçirilməsi Pentaqonu narahat edib
13 noyabr, 2014 16:07

 “ABNA”ya istinadən xəbər verir ki, bu barədə “FOX News” xəbər kanalının internet saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Pentaqonun sözçüsü Stiv Vorren dünən İstanbulda 3 ABŞ əsgərinin başına torba keçirilməsini çirkinlik adlandırıb:

“Küçədəki avaralar tərəfindən edilən bu hərəkəti çirkinlik adlandırırıq və qınayırıq. Hadisənin araşdırılması və tam olaraq anlaşılması üçün bütün rəsmilərlə ortaq çalışırıq. Bu avaralar Türklərin və Türkiyənin hamı tərəfindən müsbət qarşılanan qonaqpərvərliyinin etibarını aşağı saldı”, - deyə Vorren bildirib.

O, sözlərinə əlavə edib ki, Türkiyənin münasibəti ABŞ-ın Kobanidə kürdlərə verdiyi dəstəklə bağlıdır.

Stiv Vorren sonda qeyd edib ki, ABŞ NATO-dakı müttəfiqi olan Türkiyə ilə münasibətlərindən məmnundur və bu hadisə münasibətləri pozacaq bir səbəb deyil.

Məlumat üçün bildirək ki, Türkiyə xalqı 2003-cü ildə İraq müharibəsində ABŞ əsgərlərinin Türkiyə əsgərlərinin başına torba keçirməsini tarixdə qara bir ləkə kimi xatırlayır. Buna görə də hər fürsətdə bunun heyfini ABŞ-dan çıxmaq istəyir.

Dünən İstanbul boğazında təlimlərə gələn ABŞ donanmasının 3 əsgərinə İstanbulda hücum edilib və onların başına torba keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.