İradə Tuncayın dünyaya baxışlarını, düşüncələrini, bu və ya digər hadisələrə münasibətini, elə öz dili ilə desək: “özündən özünə yol getmək”lə, “öz diyarındakı gerçəklərə inandırmaq”la həyati məqamları əks etdirən esseləri yer alır.
Yazıçı təkcə tanınmış simalar deyil, ictimaiyyət tərəfindən az tanınan insanlar haqqında da məharətlə qələmə aldığı yazılarda dolğun, obrazlı təəssürat yaradır.
Bundan başqa, kitabda müəllifin sevdiyi ədiblər, sənətkarlar və onların əsərləri haqqında fikirləri də özünəməxsus çalarlarla diqqət çəkir.
Kitab, tanınmış yazıçı, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin ön sözü ilə başlanır.
Uzun illərin dostluğu Rəşad Məcidə İradə Tuncayın portretində bir şəxsiyyət, yazıçı, dost cizgilərini göstərməyə imkan verir. Yazıçının yaradıcılığından, onunla xatirələrindən bəhs edən Rəşad Məcid müəllifi daha bir uğuru - yeni kitabı münasibətilə təbrik edir.
Xatırladaq ki, “Müşfiq insanlar ölkəsi”ndən öncə İradə Tuncayın “Sarı odalar”, “Yol” kitabları işıq üzü görüb.