Hindistanda yoqa nazirliyi yaradılıb
12 noyabr, 2014 14:43
Hökumət bununla bağlı 2014-2015-ci illərdə 174 milyon dollar ayıracaq.
Yeni təyin olunmuş nazir Şripad Naik bildirib ki, ənənəvi tibb hələ də kifayət qədər populyarlıq qazanmayıb və nazirlik bu sahəni inkişaf etdirəcək.
Onun sözlərinə görə, Hindistan ənənəvi yoqa üçün baza yaradır.
Məlumata görə, Hindistanın baş naziri Narendra Modi ənənəvi hind tibbinin tərəfdarlarından biridir.
O, BMT Baş Assambleyasına beynəlxalq yoqa gününün keçirilməsini təklif edib.