"Azərreyl" rəqibini darmadağın etdi
12 noyabr, 2014 14:38
Ölkəmizi “Çelenc Cup”da təmsil edən "Azərreyl" ilk oyununu keçirib.
Azərbaycanın avrokuboklardakı 4 klubundan biri olan Bakı təmsilçisi "İnsbruk"la qarşılaşıb. Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 3 setdə "Azərreyl" ümumilikdə rəqibindən 31 xal artıq toplayıb.
Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına sabah saat 15.30-da çıxacaqlar.