Gədəbəydə yol tikintisinə 6 milyon manat ayrıldı
11 noyabr, 2014 11:42
sərəncama əsasən, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,9 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb.
Sənəddə həmçinin bildirilir ki, Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin və Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etsin.