Ölkə iqtisadiyyatına 12 milyard manata yaxın investisiya qoyulub
11 noyabr, 2014 11:33
Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istifadə edilmiş vəsaitin 73.1 faizi və ya 8.7 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən əsas kapitala yönəldilən investisiyanın həcmi 0.2 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin miqdarı isə 8.5 faiz artıb.
Əsas kapitala yönəldilmiş vəsaitin 70.4 faizini daxili investisiyalar təşkil edib. Vəsaitlərin 62.9 faizi qeyri-neft bölməsinin inkişafına sərf edilib.