Azərbaycanda neft və qeyri-neft sektorunda əmək haqqı fərqi
11 noyabr, 2014 11:31
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub.
Statistikaya əsasən yanvar-avqust ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 703.7 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 627.2 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 541.3 manat, informasiya və rabitə sektorunda isə 720.5 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1746.3 manat, qeyri-neft sektorunda 407.9 manat, dövlət bölməsində 356.3 manat, özəl bölmədə 565.5 manat təşkil edib.