Xəbərlər

Azərbaycanın altı boksçusu Avropa birinciliyinin yarımfinalında
07 noyabr, 2014 13:43

Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalları özlərinə təmin ediblər.

İdmançımız Ruslan Rüstəmov (46 kq) rusiyalı Pavel Ryasnı üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Belarus təmsilçisi Yevgeni Karmilçiklə qarşılaşacaq.

Hacı Dilbazov da (75 kq) dörddəbir final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz ukraynalı İvan Çubreviçevi mübarizədən kənarlaşdırıb. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Valid Kakayevlə üz-üzə gələcək.

63 kq çəki dərəcəsində çıxış edən Pərviz Quliyev Macarıstan təmsilçisi Mark Kontreç üzərində qələbə qazanıb – 2:1. P.Quliyevin yarımfinalda rəqibi İsa Yevloyev (Rusiya) olacaq.

Bəxtiyar Qazıbəyov (57 kq) şotlandiyalı Kallium Stüartla döyüşdən qalib ayrılıb – 3:0. Boksçumuz yarımfinalda almaniyalı Jabs Qermannla görüşəcək.

70 kq çəki dərəcəsində mübarizə aparan Rasim Çobanlı Belarus idmançısı Mikita Krasnabayev üzərində qələbə qazanıb. O, növbəti mərhələdə şotlandiyalı Villiyam Hatçinsonla döyüşəcək.

Buna qədər Məhəmməd Abdullayev də (80+kq) yarımfinala vəsiqə əldə etmişdi. M.Abdullayev yarımfinalda ukraynalı Vyaçeslav Qavrilyukla görüşəcək.

Yarımfinal görüşləri noyabrın 7-də keçiriləcək. Avropa birinciliyinə ayın 8-də yekun vurulacaq. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.