Mili Məclisin (MM) Sosial siyasət komitəsinin noyabrın 7-də keçirilən iclasında büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə edilib.
Komitə sədri Hadi Rəcəbli xatırladıb ki, hələ 2008-ci ildə yaşayış minimumu 70 AZN həddində idi:
“Manatın son dövrdəki inflyasiyasını araşdırandan sonra aydın oldu ki, hazırkı 131 manat əhalinin alıcılıq qabiliyyətinə görə əvvəlki illərə nisbətən yüksək rəqəmdir. İstəyimiz odur ki, bu məbləğ yüksəlsin və müvafiq olaraq əhalinin sosial rifah halı da yaxşılaşsın”.
H.Rəcəbli vurğulayıb ki, bu artıma uyğun laraq tarif cədvəlində 19 bənd üzrə artımlar qeydə alınacaq, əmək haqqı fondunda yüksəliş qeydə alınacaq. Yaşayiş minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamalar, bazarın monitorinqi və Statistika Komitəsinin rəqəmləri əsasında hesablanır.
Komitədə həmçinin, ehtiyac meyarı məbləğinin 105 AZN məbləğində müəyyənləşməsi ilə bağlı məsələ də müzakirə olundub.
H. Rəcəbli bildirdib ki, bu məbləğ tam bir rəqəmə əsaslanmır, yaşayış minimumuna uyğunlaşdırılır.