Xəbərlər

"Neft Daşları" üçün yeni estakadayanı meydança tikilir
07 noyabr, 2014 13:35

Yeni 1954A saylı estakadayanı meydançanın inşası uğurla davam etdirilir. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında tikilən meydançanın baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.

Gün.Az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 17 metr dərinliyində yerləşdiriləcək. Burada qazılacaq quyulardan sutkada 100 ton neft hasil olunacağı gözlənilir.

Layihə çərçivəsində indiyə kimi hidrotexniki hissədə işlər başa çatdırılıb, texnoloji avadanlıqlaraltı postament və dayaqlar, boru yığma meydançası və nasoslara xidmət meydançaları hazırlanıb, qülləaltı postament, dalma nasosları üçün şaxtalar, 2 ədəd minik və 2 ədəd yanalma meydançaları, 10 ədəd quyu istiqamətləndirici layihə yerində quraşdırılıb.

Bundan əlavə, 2 ədəd yanalma və 1 ədəd xidmət meydançasının, texnoloji avadanlıqların və qazma qülləsinin quraşdırılması, meydançadaxili texnoloji boru kəmərlərinin çəkilməsi nəzərdə tutulur.

İşlərin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.