Nizami Kino Mərkəzində “Unutursam Fısılda” filminin qala-gecəsi olacaq
06 noyabr, 2014 13:10
Türkiyənin məşhur “Taff Pictures” studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperinin və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.
Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı- özünü Azərbaycan tamaşaçısına “Muhteşem yüzyıl” serialından “Şahzadə Mustafa” obrazı ilə sevdirən aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb.
Qala-gecədə rejissor Çağan İrmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.
Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.