Xəbərlər

ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb
06 noyabr, 2014 13:06

ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bu münasibətlə təşkilatın Vaşinqtonda yerləşən mənzil qərargahında ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin baş katibi Xose Manuel İnsulzanın adından təşkilatın inkişaf üzrə icraçı katibi xanım Şeri Trosun iştirakı ilə imzalama mərasimi olub.

Əməkdaşlıq sazişi ADT-nin müvafiq dəstəyi əsasında, ADA Universiteti və təşkilatın üzv dövlətlərində yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və eləcə də qarşılıqlı mədəni proqramlarda iştirakı nəzərdə tutur.

İmzalama mərasiminin ardınca tərəflər arasında yenicə bağlanmış sazişin perspektivləri haqqında fikirlərini bölüşən Hafiz Paşayev həmin sənədin ADA Universitetinə dünyanın bu bölgəsini təmsil edən tələbələrin daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını qeyd edib.

O, əlavə edib ki, ADT ilə əməkdaşlıq eyni zamanda Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaq.

H. Paşayev ADT təmsilçilərini həmçinin ADA Universitetinin qısa tarixçəsi və gələcək planları haqqında məlumatlandırıb.

Mərasimdə ADT adından çıxış etmiş inkişaf üzrə icraçı katib Şeri Tros və beynəlxalq münasibətlər üzrə katib Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrə toxunaraq, ADA Universiteti ilə imzalanmış sazişin bu əlaqələrə yetirəcəyi əhəmiyyətli töhfəni vurğulayıb və həmin əməkdaşlıq sazişi vasitəsilə Azərbaycanın ADT üzv dövlətlərində insan kapitalının inkişafına verəcəyi dəstəyin faydasını əlavə edib.

1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının Beynəlxalq İttifaqının varisi olan ADT 35 üzvə malik olaraq, tərkibində Amerika qitəsinin bütün müstəqil dövlətlərini birləşdirir. Bu mənada, ADA Universitetinin imzaladığı əməkdaşlıq sazişi Azərbaycan və geniş coğrafiyanı əhatə edən ADT üzv dövlətləri arasında uzunmüddətli insan bağlarının qurulması baxımından mühüm rol oynayacaq.

Saziş bir neçə ildən bəri ADA Universitetinin Amerika qətisi ölkələri ilə apardığı fəaliyyətləri daha da gücləndirəcək. Belə ki, artıq bu günədək Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təqaüdlər əsasında Meksika, Argentina, Ekvador və Baham adalarından olan tələbələr ADA Universitetində təhsil alıblar və bəzi Latın Amerikası ölkələrinin diplomatları isə qısamüddətli təlimdən bəhrələniblər.

Nəhayət, Universitet Argentina və Kolumbiya təhsil təsisatları ilə anlaşma memorandumları imzalayıb, Braziliya, Kuba və Argentinadan müəllim heyətini mühazirələr oxumağa dəvət edib və eləcə də arzu edən tələbələrə ispan dilinin tədrisini təmin edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.