Xəbərlər

“Real Madrid” növbəti mərhələdə, “Qalatasaray”dan növbəti biabırçı məğlubiyyət
05 noyabr, 2014 11:55

Bu oyunlar bəzi komandalar üçün həlledici xarakter daşıyıb. Belə ki, 1/8 finala vəsiqə üçün 1 xal belə lazım olan B qrupunun lideri “Real” istəyinə çatıb. “Liverpul”u qəbul edən madridlilər 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında “Bazel” “Ludoqorets”ı darmadağın edib – 4:0.

C qrupunda isə “Benfika” xal qazanmasaydı, Çempionlar Liqasında növbəti mərhələyə keçməyəcəyi dəqiqləşəcəkdi. Lakin portuqaliyalılar “Monako”nu minimal hesabla (1:0) üstələməyi bacarıb. Qrupun digər matçında “Bayer” isə Sankt-Peterburqda “Zenit”i 1:2 hesabı ilə məğlub edib.

D qrupunda isə “Borussiya” 1/8 finala çıxıb. Dortmund klubu evdə “Qalatasaray”a yenə qalib gəlməyi bacarıb. Bununla da “Cim-Bom” ÇL-də növbəti mərhələyə keçmək şansını itirib.

“Arsenal” isə doğma publika önündə “Anderlext”in müqaviməti ilə üzləşib. Hərəyə 3 qol vuran komandalar meydanda sülh bağlayıb.

A qrupu

“Yuventus" - “Olimpiakos” - 3:2

Qollar: Pirlo, 21, Ximenes, 65-avtoqol, Poqba, 66 - Botia, 24, Ndinqa, 61

“Malmö” – “Atletiko” - 0:2

Qollar: Koke, 30, Qarsiya, 29

B qrupu

“Real Madrid” - “Liverpul” - 1:0

Qol: Benzema, 27 

“Bazel” - “Ludoqorets” - 4:0

Qollar: Embolo, 34, Qonzales, 41, Qaşi, 59, Sukki, 65

C qrupu

“Zenit” - “Bayer Leverkuzen” - 1:2

Qollar: Rondon, 89 - Son Heunq-Min, 68; 73

“Benfika” - “Monako” - 1:0

Qol: Talisca, 82

D qrupu

“Arsenal” - “Anderlext” - 3:3

Qollar: Arteta, 25-pen, Sançes, 29, Oksleyd-Çemberlen, 58 - Vanden Borre, 61; 73-pen, Mitroviç, 90

“Borussiya Dortmund” - “Qalatasaray” - 4:1

Qollar: Roys, 39, Papastatopulos, 56, İmmobile, 74, Semih, 85-avtoqol - H.Balta, 70

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.