Xəbərlər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Düsseldorfda Azərbaycan mədəniyyəti gecəsi keçirilib
05 noyabr, 2014 11:53

“Düsseldorf Teatr Evi”ndə toplaşan 800-ə yaxın qonaq Azərbaycan caz musiqini canlı olaraq izləyib.

Tədbiri açan səfir Pərviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Sonra səfir ölkəmizin zəngin musiqi mədəniyyəti, müxtəlif musiqi janrlarının inkişafı barədə məlumat verib, Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib.

Azərbaycanın ümumi inkişafını konkret faktlarla diqqətə çatdıran diplomat, ölkəmizin coğrafi vəziyyətinə görə Avropa ilə Asiya arasında körpü, eləcə də Qərblə Şərq mədəniyyətlərini birləşdirən məkan olduğunu vurğulayıb.

Tədbirin aparıcısı Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəni münasibətlərin təşviqi və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində yarandığını bildirən aparıcı hazırda beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz Azərbaycanda yetişdiyini, Bakı Caz Festivalının bu janr üzrə aparıcı musiqi festivallarından biri olduğunu, caz-muğam sintezinin unikallığını vurğulayıb.

Azərbaycan caz musiqisi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və Sem Lasersonun ifasında möhtəşəm konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şirzad Fətəliyevin balabanda, Mircavad Qafarovun isə udda adları çəkilən caz ustaları ilə birgə milli mahnılarımızı sintez etməsi konsertə rəng qatıb.

İştirakçılara, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri – Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğu “Azərbaycanda alman irsi” kitabı paylanılıb. Eyni zamanda, “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib.

Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi və mədəniyyət dairələrinin, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.