Millət vəkili Zahid Oruc İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı bir çox nazirliklərin, o cümlədən Təhsil və Səhiyyə nazirliklərinin tikinti şirkətləri yaratması, tender elan etməsinin əleyhinə çıxıb.
Ziyad Səmədzadə öz növbəsində qeyd edib ki, indi yenidən tikinti məsələləri ilə bağlı yeni nazirliyin, dövlət qurumunun yaradılmasına ehtiyac yoxdur.
“Son illər ərzində həm daxili, həm xarici investisiyalar nəticəsində tikintiyə 100 milyard manatdan artıq pul ayrılıb. Yəni heç bir nazirliyin iştirakı olmadan belə bir proses həyata keçirilib. Bu məsələnin hansısa quruma həvalə olunmasına ehtiyac yoxdur”.
Maliyyə naziri Samir Şərifov öz növbəsində deyib ki, bir sıra nazirliklərin, konkret olaraq Təhsil Nazirliyinin tikinti işləri ilə bağlı tenderdən uzaqlaşdırılması məsələsi büdcəyə aid olan məsələ deyil.
“Amma hesab edirəm ki, gələcəkdə hökumətdə bu məsələyə baxıla bilər və hansısa qərarların qəbulu istisna deyil”.