Nazir müavini: “İnflyasiyanın həddi gələn il də aşağı olacaq”
05 noyabr, 2014 11:46
Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, proqnozlara əsasən gələn il inflyasiyanın həddi 2,3% həcmində olacaq.
Nazir müavini qeyd edib ki, eyni zamanda gələn il investisiya qoyuluşunun da artımı nəzərdə tutulur:
“Bu illə müqayisədə gələn il investisiya qoyuluşu 5% də artacaq.Təxminən investisiya qoyuluşunun 25 milyard dollar olacağı proqnozlaşdırılır”.