“Araz” klubu fəaliyyətini dayandırdı
04 noyabr, 2014 11:43
Bu barədə Naxçıvanı təmsil edən “Araz” klubunun rəsmi saytında məlumat yerləşdirilib:
“Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" PFK bu gündən etibarən fəaliyyətini dayandırıb.
Xəbərlə bağlı geniş məlumat günün ikinci yarısından sonra saytımızda yerləşdiriləcək”, - deyə klubun yaydığı məlumatda qeyd edilib.
Ötən il 1-ci divizionda çempion olaraq Premyer Liqaya yüksələn Naxçıvan təmsilçisi oynadığı 10 oyunda cəmi 4 xal yığa bilmişdi. Ardıcıl uğursuzluqdan sonra klub rəhbərliyi fəaliyyəti dayandırmaq haqqında qərar qəbul edib.