Misir Mədəniyyət Mərkəzi ərəb dili üzrə danışıq kursları təşkil edir
04 noyabr, 2014 11:41
Ərəb dili ixtisası üzrə təhsil alan, danışıq təcrübəsini inkişaf etdirmək arzusunda olan bütün tələbələr həftədə bir dəfə kurslarda iştirak edə, “Ərəb dili danışıq klubu”na üzv ola bilərlər.
Danışıq klubunda dərslər misirli müəllim Dr.Abdin Uveys tərəfindən aparılacaq.
Dərslərdə iştirak etmək istəyən hər bir kəsin qeydiyyatdan keçməsi vacibdir. Dərslər hər şənbə günü saat 14:00-dan 16:00-dək ödənişsiz keçiriləcək.