Bu gün bir neçə rayonda qaz olmayacaq
04 noyabr, 2014 11:36
Saat 13:00-dan 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14:00-dan 18:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Məhdudlaşma qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.