Cüdo üzrə Azərbaycan millisi “Böyük dəbilqə” turnirində 4 medal qazanıb
03 noyabr, 2014 10:41
Üç gün davam edən yarışda baş məşqçi Hacıağa Hacıəliyevin rəhbərliyi ilə milli komandamızın üzvləri Orxan Səfərov (60 kq) qızıl, Tərlan Kərimov (66 kq) gümüş, İlqar Müşkiyev (60 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib olublar.
“Böyük dəbilqə” turnirində 65 ölkədən 401 idmançı mübarizə aparıb.