Xəbərlər

Azərbaycan və Rusiyanın gömrük xidmətləri birgə fəaliyyət planını imzalayıblar
03 noyabr, 2014 10:35

Moskva şəhərində keçirilmiş görüşdə ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Komitəyə istinadən xəbər verir ki, tərəflər 2015-2016-cı illərdə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində birgə fəaliyyət planının və malların hava nəqliyyatı vasitəsilə daşınması üçün qarşılıqlı fəaliyyət haqqında protokolun layihəsini müzakirə ediblər.

Azərbaycan nümayəndə heyəti Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdovun başçılıq etdiyi işçi qrupla görüşüb. Görüş çərçivəsində “Rusiya Federal Gömrük Xidmətində risklərin idarəolunması sisteminin tətbiqi” mövzusunda təqdimat keçirilib və ölkənin gömrük orqanlarında risklərin profilləşdirilməsi və həmin profillər üzrə hüquqpozma faktlarının aşkar olunması təcrübəsi barədə məlumat verilib.

R.Davıdov Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyətindən danışıb və onun qonşu ölkə kimi strateji tərəfdaş olduğunu vurğulayıb. Ə.Abdullayev isə sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin Azərbaycanın bu sahədə gələcəkdə daha böyük uğurlar qazanacağına zəmin yaratdığını deyib.

Müzakirələrdən sonra “Rusiya Federasiyası Federal Gömrük Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında 2015-2016-cı illərdə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində birgə fəaliyyət planı” imzalanıb. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.