Xəbərlər

Bakıda Avropa Film Festivalı açılıb
31 oktyabr, 2014 12:14

Bununla bağlı keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib ki, festivalda 17 film təqdim olunacaq.

Bunların 16-sı Aİ üzvü olan dövlətlərin, biri isə Azərbaycan istehsalı olan filmdir. Filmlər müxtəlif mövzuları və janrları əhatə edir. 

Almaniyanın Azərbaycandakı səfiri Hayduran Tempel Avropa Film Festivalına Almaniya filmi ilə start veriləcəyini vurğulayıb və komediya janrında olan film barədə qısa məlumat verib.

Qeyd edilib ki, festivalı təxminən 5 min tamaşaçının izləyəcəyi gözlənilir. Festivalın son günü, noyabrın 9-da Azərbaycan istehsalı olan və Oskar mükafatına təqdim edilən “Nabat” filmi nümayiş olunacaq. 

Bundan əlavə tamaşaçılar Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallığın filmlərini izləyəcəklər. 

Xorvatiya filmi olan “Sirli oğlan” və Finlandiya animasiya filmi “Niko 2 – kiçik qardaş – böyük narahatlıq”, xüsusilə uşaq və yeniyetmələr üçün nəzərdə tutulub.

Hər bir film həftəarası iki sessiya (16.00 və 18.00), həftə sonunda isə bir sessiya ilə nümayiş etdiriləcək. Giriş pulsuzdur və bilet tələb olunmur. Festivalın məkanı Neftçilər prospekti ünvanında “Park Bulvar”da yerləşən “Park Cinemadır”. Avropa Film Festivalı Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən 2010-cu ildən təşkil olunaraq, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya töhfə edir, onlar arasında mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini güdür.-- 

Hər bir film həftəarası iki sessiya (16.00 və 18.00), həftə sonunda isə bir sessiya ilə nümayiş etdiriləcək. Giriş pulsuzdur və biletlər tələb olunmur. Festivalın məkanı Neftçilər prospekti ünvanında "Park Bulvar"da yerləşən "Park Cinemadır".

Avropa Film Festivalı Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən 2010-cu ildən təşkil olunaraq, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya töhfə edir, onlar arasında mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini güdür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.