Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə görə, buna baxmayaraq, ayın ilk günlərində, ikinci ongünlüyün ortalarında və üçüncü ongünlüyün bəzi günlərində temperaturun normadan bir qədər aşağı olacağı ehtimal olunur.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 5-10, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Rayonlarda da temperatur iqlim normasına yaxın olacaq.
Məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 6-10 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacaq ki, bu da iqlim normasına yaxındır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 4-9, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 3-8 dərəcə isti) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 1-6 dərəcə isti) olacağı ehtimal olunur.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir.