SSRİ-nin ilk rəsmi milyonçusu vəfat edib
31 oktyabr, 2014 12:09
Qeyd edək ki, ötən əsrin 80-ci illərində Rusiyanın Sverdlovsk (indiki Yekaterinburq) vilayətində qurduğu “Təbriz” kooperativi ilə biznesə başlayan Cənnət Əliyev uğurlu fəaliyyəti ilə qısa müddətdə maliyyə dövriyyəsini 1 milyon sovet rublu həcminə çatdırır.
Növbəti illərdə müəyyən qeyri-standart davranışları ilə diqqəti cəlb edən C.Əliyev bütün səmavi dinləri öyrənmək üçün növbə ilə İslam, xristianlıq və yəhudi dinlərinə tapınır. Lakin sonda İslam dininə mənsubiyyətini bərpa edir.
C.Əliyev hələ də çox populyar olan “Təbriz” mahnısının və onlarla fəlsəfi-psixoloji məzmunli bəstələrin müəllifidir.
Allah rəhmət eləsin!