Dövlət başçısının Braziliya Federativ Respublikasının prezidenti Dilma Russeffə yazdığı məktubda bildirilir:
“Hörmətli xanım prezident,
Braziliya Federativ Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.
İlham Əliyevin Boliviya Çoxmillətli Dövlətinin prezidenti Evo Morales Aymaya yazdığı məktubda deyilir:
“Hörmətli cənab prezident,
Boliviya Çoxmillətli Dövlətinin prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Boliviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Boliviya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.