“Qarabağ” büdrədi
30 oktyabr, 2014 12:26
X turun mərkəzi görüşü Bakıda “İnter” və “Qarabağ” komandaları arasında baş tutub.
Oyunda qalib müəyyən edilməyib. Komandalar qolsuz bərabərliyə qalaraq 1 xala seviniblər. Hazırda Avropa Liqasının qrup mərhələsində də, mübarizə aparan “Qarabağ” klubunun xal itirməsi rəqiblərinin ona bir addım da yaxınlaşmasına səbəb olub.
Turun digər nəticələri belə olub:
Sumqayıt 1-2 Xəzər Lənkəran
Araz Naxçıvan 0-1 Qəbələ
Bakı 1-3 Neftçi
AZAL 2-2 Simurq