Xəbərlər

Bakıda Avropa Film Festivalı başlayır
30 oktyabr, 2014 12:24

Aİ nümayəndəliyindən verilən məlumata görə, festival 30 oktyabrda başlayacaq və quruma üzv olan 16 ölkədən müasir filmlər təqdim edəcək.

Festival çərçivəsində Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallığın filmləri və Azərbaycanın 16 filmi nümayiş olunacaq.

Xorvatiya filmi olan "Sirli oğlan" və Finlandiya animasiya filmi "Niko 2 – kiçik qardaş – böyük narahatlıq", xüsusilə uşaq və yeniyetmələr üçün nəzərdə tutulub.

"Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslandığı baxımdan Avropa Film Festivalı təkrarolunmazdır. Festival mədəniyyət müxtəlifliyinin verdiyi bir çox faydaları öyrənmək üçün bizə imkan verir. Mədəniyyət bir çox yollarla insanların ümid və arzularını təcəssüm edib, onları bir araya gətirir", - festival ərfəsində Aİ səfiri Malena Mard deyib.

Hər bir film həftəarası iki sessiya (16.00 və 18.00), həftə sonunda isə bir sessiya ilə nümayiş etdiriləcək. Giriş pulsuzdur və biletlər tələb olunmur. Festivalın məkanı Neftçilər prospekti ünvanında "Park Bulvar"da yerləşən "Park Cinemadır".

Avropa Film Festivalı Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən 2010-cu ildən təşkil olunaraq, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya töhfə edir, onlar arasında mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini güdür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.