Yağışlı və soyuq bir gün olmasına baxmayaraq, yazarın sadiq oxucuları bu dəfə də sevimli yazıçılarını böyük bir say çoxluğu ilə görməyə gəliblər.
Azərbaycan gənclərinin kitablara günü-gündən artan aşırı marağı həqiqətən də sevindirici bir haldır.
Yazarın ilk “Mənim lənətlənmiş dünyam” kitabı rus və Azərbaycan dillərində işıq üzü görüb. Qısa bir zamanda gənclər arasında sevilən bu kitab, eyni zamanda RECLİFE şirkəti ilə müqaviləyə əsasən, ABŞ və Avropada da oxuculara təqdim olunub. Yazıçının növbəti “Onu sevməyə məhkumam” kitabı satış liderlərindən birinə çevrilib. “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli müsahibəsi zamanı Ziya Səfərbəyovu kitabları ən çox oxunulan yazıçıların sırasına daxil edib.
Bir neçə ay öncə Ziya Səfərbəyov oxuculara yeni “Qullar” kitabını rus və Azərbaycan dillərində təqdim edib.