Türkiyədə növbəti mədən faciəsi baş verib
29 oktyabr, 2014 13:25
“Has Şekerciler Madencilik İşletmesi”nə məxsus kömür mədənində su qaynağının partlaması nəticəsində təqribən 18-20 işçi 350 metr dərinlikdə qalıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Mədən səlahiyyətlisi Şahin Uyarın sözlərinə görə, mədəndə “yaşam otaqları” olmadığına görə, sözügedən 18 nəfərin sağ qalma ehtimalı aşağıdır. O bildirib ki, qaz maskaları 2 saat davam gətirdiyi halda, qəzadan artıq 3 saat keçib.