Zinəddin Zidan “Real”dan uzaqlaşdırıldı
28 oktyabr, 2014 11:34
Zidan Madridin “Real” klubunun ikinci komandasında məşqçilik lisenziyası olmadan işlədiyinə görə buna layiq görülüb.
“Marca” qəzeti yazır ki, İspaniyanın Milli Futbol Məşqçiləri Assosiasiyası federasiyaya şikayət ünvanlayaraq iddia edib ki, Zidan klubda müvafiq icazəsi olmadan işləyir.
Lakin “Real” cəza ilə bağlı şikayət etmək niyyətindədir. Klub iddia edir ki, ikinci komandaya rəsmi olaraq Serxio Sançes rəhbərlik edir, Zidan isə onun assisentidir.