Azərbaycanlı Bolqarıstanda kartinq çempionatında ikinci olub
28 oktyabr, 2014 11:33
Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev çempionatda “DD2” kateqoriyasında yarışıb.
Sonuncu mərhələnin finalında 6 idmançı iştirak edib. Azərbaycan təmsilçisi “DD2” kateqoriyasında 2-ci yerin sahibi olub.
Gülhüseyn Abdullayev kartinq üzrə Azərbaycan çempionudur. 2013-cü ildə “Rotax Max Challenge Türkiyə”nin “junior” kateqoriyasında qalibi olaraq ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş "Rotax Max Challenge Grand Finals" dünya çempionatında iştirak edib.