Xəbərlər

Almaniyada Azərbaycan mədəniyyəti təqdim olunacaq
28 oktyabr, 2014 11:32

Tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər.

Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Fuad İbrahimovun dirijorluğu ilə keçəcək konsertdə milli və klassik musiqilər ifa ediləcək. 

Həmin gün qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Fondun qeyd olunan nəşri, eyni zamanda Azərbaycan incəsənəti nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunan tədbir zamanı da təqdim ediləcək. Həmin gün, həmçinin Düsseldorfer Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti olacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.

Bu ərəfədə Almaniya mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı keçiriləcək tədbirlərdən yazıb. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir. Qeyd edilir ki, Dövlət Simfonik Orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.