Qəza rayonun Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Lütfiyar Salahov “Renault” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yolun kənarında dayanan “ISUZU” markalı avtobusa çırpıb.
Qəza nəticəsində minik maşının sürücüsü və avtomobildə olan sərnişin xəsarət alıb. Avtomobillər isə toqquşmanın təsirindən yararsız hala düşüb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya başqa bir avtomobil səbəb olub. Belə ki, həmin maşın Lütfiyar Salahovun idarə etdiyi avtomobili keçərkən maşını onun üstünə sürüb. Bu zaman “Renault”un sürücüsü avtomobili yolun sağına çəkib və qəza baş verib.
Hadisənin dəqiq səbəbi Yasamal rayon polis idarəsində aparılacaq araşdırmalardan və təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.