"Qarabağ" liderliyə yüksəldi
27 oktyabr, 2014 11:11
Turun mərkəzi qarşılaşmasında "Neftçi" və "İnter" komandaları üz-üzə gəlib. 8-ci km qəsəbə stadionunda keçirilən oyunda qolsuz bərabərlik qeydə alınıb.
Günün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Burada "Qarabağ" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Rəqibini 3:2 hesabı ilə məğıub edən Ağdam klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib.