Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Belə ki, ötən ilin ilk doqquz ayı üzrə bu göstərici 20 mln. 699,77 min dollıar təşkil edib.
Gomrük Komitıəsinə əsasən bu artım ixrac da da qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 303,01 min dollar həcmində humanitar yük, təmannası kömək və texniki yardım ixrac olunub. Ötən ilin ilk doqquz ayında bu göstərici 79,34 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 141 ölkə ilə 23 mlrd. 878 mln.861 min dollar məbləğində ticarət əməliyyatı aparıb.
Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin 17 mlrd. 356 mln. 824 min dolları ixracın, 6 mlrd. 522 mln. 036 min dolları isə idxalın payına düşüb. Beləliklə, yanvar-sentyabr aylarında Azərbaycanın ticarət dövriyyəsində 10 mlrd. 834 mln. 787 min dollar məbləğində müsbət saldo yaranıb.